Xəbər verdiyimiz kimi, şair Ramiz Rövşənin qardaşı Eyvaz Əliyev vəfat edib.
Şairin oğlu Rövşən Əliyev sosial şəbəkədə əmisini yad edib. O, fotosunu paylaşaraq bu sözləri yazıb:
Əmim Eyvazın vəfatı ilə bağlı mənə və ailəmizə baş sağlığı verən bütün dostlara təşəkkür edirəm. Allah sizdən razı olsun. Allah cəmi ölənlərimizə rəhmət eləsin.
Şirin-şirin yuxudaydıq,
Bir zalım oyatdı bizi.
Anaların qucağından
Bu dünyaya atdı bizi.
Düşdük yolların ağına,
Baxtımızın sorağına,
Qatdı bizi qabağına,
Əlində oynatdı bizi.
Biz ki yol nədi, bilməzdik,
Biz ki öl nədi, bilməzdik,
Bilsək dünyaya gəlməzdik,
Analar aldatdı bizi...
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub