Bir neçə müddətdir ki, təmirə dayandırılan paytaxtın əsas işlək yollarından olan Yusif Səfərov küçəsi bu gecədən etibarən açılacaq.
Mynews.az bildirir ki, mərkəzi küçələrdən biri olan bu yolun bağlanması nəqliyyatın hərəkətində müəyyən problemlərə səbəb olmuş və tıxaclar yaranmışdı. Yolda aparılan genişləndirmə işləri ilə burada artıq nəqliyyat vasitələri daha rahat hərəkət edəcək.
Paytaxtın Yusif Səfərov küçəsində yenidən qurma işləri davam edir. Yolun Neftçilər prospektindən Heydər Əliyev mərkəzi istiqamətinə gedən hissəsi genişləndirildikdən sonra digər hissəsi də təmirə bağlanmışdı. Artıq həmin hissədə də işlər yekunlaşmaq üzrədir.
Bununla bərabar yolun genişləndirilmiş hissəsidə də təmir işləri aparılıb. Həmin ərazidə yeni asfalt örtüyü çəkilib.
Yolun təmiri başa çatdıqdan sonra Bakı Şəhər Baş Polis İdarəsinin yaxınlıqında yeni yer üstü piyada keçidinin salınmasıda nəzərdə tutulur. // Xezerxeber.az
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub