Bir neçə gün öncə mətbuatda yer alan Gəncədə əminin qardaşı qızını qaçırması və onunla dini nikaha daxil olması xəbəri yalan çıxıb.
Bu barədə millət vəkili Aydın Mirzəzadə bildirib. Onun sözlərinə görə, mənəviyyatımıza uyğun gəlməyən xəbərlər çox təəssüf ki, xəbər sıralamalrında birinci yeri tuturlar. Hətta olmayan bir məsələni uyduraraq, onu gündəliyə çıxara bilirlər:
“Bir neçə gün bundan əvvəl Gəncədən utandırıcı bir xəbəri başlığa çıxartdılar. Ona hətta ölkəmizin tanınmış insanları belə münasibət bildirdi. Sonra məlum oldu ki, belə bir hadisə yoxdur. Bu, uydurulmuş bir məsələdir. Mən hesab edirəm ki, bu məsələdə bir qayda qoyulmalıdır. Mətbuat xəbər seçimində və yaymaqda azaddır. Amma mətbuat kapitalları nəzərə almalıdır ki, onların yaydığı xəbərlərin əks sədası gənc nəsilə təsir göstərir. Bu ailə dəyərlərinin pozulmasına gətirib çıxara bilər”. (metbuat.az)
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub