Saatlıda məmurun, qəbuluna gələn yaşlı şəxslə qeyri-etik rəftarını əks etdirən videogörüntülər yayılıb.
Mynews.az BakiPost.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru Bayram Mikayılovun kabinetində çəkildiyi bildirilir. Məlumata görə, Saatlı rayon sakini, 2 aydır, müavinətini ala bilməyən Allahyarov Elşən Mehdiqulu oğlu Bayram Mikayılovun qəbuluna gəlib və ondan kömək istəyib.
Görüntülərdə, yaşlı vətəndaşın nəvəsinin aylardır ki, müavinətini ala bilmədiyindən şikayət etməsi əks olunub. O, yaxşı eşitmədiyindən səsini yüksəldərək danışdığını bildirir. Lakin B. Mikayılov onun üstünə qışqıraraq "Lotuluq edirsən? Kar var burda? "Zatknis”” deyərək təhqir edir.
Yaşlı kişi aclıqdan başının gicəlləndiyini deyəndə isə direktor ona "o dünyada sənə "qaib” qoyurlar ey” deyir.
Sözügedən videogörüntüləri təqdim edirik:
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub