Paytaxt yollarında son durum: bu yollarda sıxlıq var
![](https://img.mynews.az/news/2017/01/photo_793.jpg)
Hazırda paytaxtda qarlı hava şəraiti müşahidə edilsə də, paytaxt yollarında ciddi tıxac müşahidə edilmir. Lakin meteoroloji amilləri nəzərə alan sürücülər nəqliyyat vasitələrini aşağı sürətlə idarə etdiyindən bəzi küçə və prospektlərdə, o cümlədən Tbilisi prospekti, Ziya Bünyadov prospekti, (Koroğlu metrostansiyası istiqamətində) Heydər Əliyev prospekti, (şəhər istiqamətində) Xocalı prospekti, (şəhər istiqamətində) Abdulvahab Salamzadə, Həsən Əliyev, Yusif Səfərov küçələrində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, faktiki hava şəraiti ilə əlaqədar olaraq, Bakının əsas avtomagistrallarında - Heydər Əliyev prospekti-Hava limanı istiqamətində, eləcə də Nobel prospekti-Zığ yolu-Hövsan istiqamətində bütün zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb. Məqsəd qeyd edilən yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir.
Bakı Nəqliyyat Agentliyi bir daha sürücü və piyadalardan meteoroloji amilləri mütləq şəkildə nəzərə alaraq diqqətli olmalarını xahiş edir.
Qeyd edək ki, hazırda Bakı Nəqliyyat Agentliyi müşahidə kameraları vasitəsi ilə paytaxtın küçə və prospektlərinə nəzarəti gücləndirib.
Loading...
Cəmiyyət
- Prezident generalı rektor TƏYİN ETDİ
- Azərbaycanda yeni nazir TƏYİN EDİLDİ
- Unun qiyməti qalxdı - VİDEO
- Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır
- Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
- İkinci Dünya müharibəsi iştirakçılarına və ailə üzvlərinə birdəfəlik maddi yardım ödənilib
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycan dili üzrə natiqlik çempionatına qeydiyyat başladı 993 dəfə oxunub
- “Nar” rouminq paketləri ilə səyahət daha sərfəlidir! 949 dəfə oxunub
- Turisti geyiminə görə "Mall"-dan QOVDULAR - VİDEO 947 dəfə oxunub
- Həccdə istidən ölənlərin sayı 922 nəfərə çatdı 942 dəfə oxunub
- Ülvi və Fatimə qəzaya düşdü 918 dəfə oxunub
loading...