"Sosial şəbəkələrdə yayılan və qəbula gəlmiş ahıl yaşlı şəxslə qeyri-etik davranışın əks olunduğu videogörüntülərin Saatlı rayon Məşğulluq Mərkəzi ilə heç bir əlaqəsi yoxdur. Həmin videogörüntülərin guya Mərkəzin direktoru Bayram Mikayılovun iş otağında çəkilməsi ilə bağlı qeyd edilənlər də tamamilə əsassız və böhtan xarakterlidir".
Mynews.az xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.
Məlumata görə, araşdırma zamanı Saatlı rayon sakini Allahyarov Elşən Mehdiqulu oğlunun ümumiyyətlə rayon Məşğulluq Mərkəzinə heç zaman müraciət etmədiyi (bunu E.Allahyarovun özü də təsdiq edib) və bu videogörüntülərin şəxsi zəminində Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru B.Mikayılovu şantaj etmək, gözdən salmaq üçün montaj edilərək hazırlanaraq sosial şəbəkələrə yerləşdirildiyi məlum olub.
Nazirlikdən bildirilib ki, qeyd edilən hadisə ilə əlaqədar aidiyyəti üzrə tədbir götürülməsi üçün B.Mikayılov tərəfindən daxili işlər orqanlarına müraciət edilib. Mərkəz direktoru həmçinin onunla bağlı böhtan məqsədilə hazırlanmış videogörüntüləri heç bir dəqiqləşdirmə aparmadan və əsassız olduğunu bilə-bilə ictimailəşdirən saytla bağlı məhkəməyə də müraciət edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub