Dünyasını dəyişən 4-cü sinif şagirdi Təzə Pir Məscidinin axundu Mircəfər Əyyubzadənin oğludur.
Bu barədə aznews.az-a Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev məlumat verib. Onun sözlərinə görə, hazırda Təzə Pir məscidində mərhum Səccad Əyyubzadəyə 3 mərasimi keçirilir.
12:09
Bakıda tanınmış ilahiyyatçının azyaşlı oğlu qəflətən ölüb. Binəqədi Rayon Prokurorluğundan criminal.az-a verilən məlumata görə, 2007-ci il təvəllüdlü Səccad Mircəfər oğlu Əyyubzadənin vəziyyəti qəfil pisləşib və dünyasını dəyişib.
Qeyd edək ki, S.Əyyubzadə orta məktəbin 4 sinfində oxuyurmuş.
Mərhumun ailə üzvləri uşağın ölümündə həkimləri günahlandırsa da, Səhiyyə Nazirliyi bunu təkzib edir. Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, S.Əyyubzadə Respublika Uşaq Klinik Xəstəxanasına gətiriləndə artıq ölmüş vəziyyətdə olub.
Uşağın atası Mircəfər Əyyubzadə Təzəpir Məscidinin axundudur.
10:53
Bakıda orta məktəb şagirdi qəflətən ölüb.
Mynews.az xəbər verir ki, Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sulutəpə qəsəbə sakini, 2007-ci il təvəllüdlü Səccad Mircəfər oğlu Əyyubzadənin vəziyyəti qəfil pisləşib və o, xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, S. Əyyubzadə dünyasını dəyişib. Ölümün səbəbləri araşdırılır.
Qeyd edək ki, S. Əyyubzadə 313 saylı orta məktəbin 4 sinfində oxuyurmuş.

1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub