"Qulağına sırğa taxan, qırmızı şalvar geyən adam Rövşən Lənkəranski rolunu oynaya bilməz"

1172
"Qulağına sırğa taxan, qırmızı şalvar geyən adam Rövşən Lənkəranski rolunu oynaya bilməz"

Xəbər verdiyimiz kimi, Azərbaycan kriminal avtoritet Rövşən Lənkəranskiye hesr oluncaq "Sən ona oxşamayasan" adlı film çəkilir.

Bu xəbər sosial şəbəkələrdə böyük rezonansla qarşılanıb. Bəziləri bu addımı təqdir etsə də, bu filmi qınayanlar da çox olub.

Filmin rejissoru Rza Rzayev AZXEBER.COM-a açıqlamasında deyib ki, onun məqsədi Rövşən Lənkəranskini təbliğ etmək yox, cinayətkar aləm adlanan dünyada bir azərbaycanlının sürətlə məşhurlaşmasını və hörmət qazanmasını göstərməkdir:

"Mən kriminal dünyanı və ya Rövşəni təbliğ etmirəm, bir azərbaycanlının qazandığı hörməti və sevgini göstərmək istəyirəm. Rövşənin fərqi nə idi, həmin dünyanın insanlarından onu nə ferqlendirirdi ki, o əfsanəyə çevrile bildi. Bizdə insanlar çox vaxt ilk addıma aldanır, məsələnin təfərrüatlarını bilmədən fikir söyləyir. Fakt odur ki, Rövşən xalq tərəfindən sevilən və hörmət bəslənən şəxs olub, mənim özümün də ona reğbetim olub. Bir rejissor kimi qərara gəldim ki, onun həyatını özündə əks etdirən "Sən ona oxşamayasan" filmini çəkim, ilkin reaksiyalardan deyə bilərəm ki, bu uğurlu addımdır və hər gün yüzlərlə insan bu filmdə çəkilmək istədiyini mənə yazır"

Rejissor Rövşən Lənkəranski rolunu kimin canlandıracağını da söyləyib: "Mənə hər gün insanlar yazır ki, mənim filan qohumum Rövşənə oxşayır, onu çək. Ancaq mən deməliyəm ki, bu filmdə Rövşəni canlandıracaq şəxs tam fərqli biri olmalıdır, məsələn "Tutqu" filminın qəhrəmanı heç bir filmdə çəkilmədi, çünki ele obrazlar var ki, onları yaradandan sonra başqa obrazlar yarada bilməzsən. Dünya kinosunda belə təcrübə var. Məsələn: Qulağına sırğa taxan, qırmızı şalvar geyən, cəmiyyətdə özünü səviyyəsiz aparan adam heç vaxt Rövşən rolunu oynaya bilməz. Bundan başqa bu gün Rövşən rolunu oynayan şəxs sabah gedib, hansısa verilişdə atlanıb-düşsə, onu heç kim ciddi qəbul etməyəcək. Bu baxımdan da yenə də deyirəm ki, mənə filmdə xarici görünüşcə yox, daxili və xarakter baxımdan Rövşənə bənzəyən aktyor lazım olacaq. Sinematoqrafik yollar var, bəlkə heç üzünü də göstərmərəm qəhrəmanımın"

Rza Rzayev filmin nəyə görə milli qəhrəmanlarımız, şəhidlərimiz haqda yox, Rövşən haqda çəkilməsinə də münasibət bildirib: "Mənim bundan öncəki "Geyilməmiş ayaqqabılar" filmin aprel şəhidlərinə həsr edilib. Görürəm yazırlar ki, guya mən kimdənsə pul almışam ve yaxud pul qazanmaq istəyirəm. Bəli, mən rejissoram, gördüyüm işdən həm də pul qazanmalıyam. Amma məqsəd pul qazanmaq deyil, məqsəd Azərbaycan və azərbaycanlılara xidmət etməkdir. Azərbaycanın dəyərini üstələyəcək heç nə yoxdur mənim üçün. İnsanlar olmayan şeyləri danışırlar, bu böhtandır. "Xaç Atası" filmindən sonra Amerikada, ya da İtaliyada cinayətkarlıq artmadı, əksinə bu dünyaya sevgiylə yanaşanlar bu arzularından əl çəkdilər, çoxları anladı ki, bu dünya hər adam üçün deyil. Bir də harada belə öhdəlik götürmüşəm ki, hər kəs haqda filmi mən çəkəcəm? Meydan böyükdür, hər kəs bu mövzuda film çəkə bilər, buyurub çəksinlər. Mənim qəhrəmanım əzmi, iradəsi olan, öz yoluna inanan, bir an olsun bu yolda tərəddüd etməyən, çoxluğa qarşı duran, sonra çoxluğun onun tərəfinə keçən qəhrəmandır"

Xəbər lenti