Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) xaricdə oturum almaq istəyən şəxslərə öz möhürü ilə arayış verməsini əks etdirən daha bir faktın üstü açılıb.
Mynews.az xəbər verir ki, Publika.az-ın əldə etdiyi məlumata görə, sözügedən faktın üstünü sosial şəbəkələrdə “Eliyev Famil” adlı istifadəçi açıb.
İstifadəçi qeyd edir:
“Bəli, AXCP iddia edir ki, heç kimə xaricdə oturum almaq üçün sənəd verməyiblər. “Sənəd nədir a kişi? Arayış belə verməmişik” deyirlər. Bəs bu sənəd dediyiniz Əli Kərimlinin qohumu İnqilab Kərimliyə aid deyil? Yoxsa bu da saxtadır? Onun üçün nə gözəl arayış yazmısınız! Arayışı oxuyan hər bir kəsdən fikirlərini yazmağlarını xahiş edirəm”.
Daha sonra həmin istifadəçi öz profilində sözügedən arayışın sürətini də yayımlayıb.


1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub