Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında komitə sədri Arif Rəhimzadə ilə deputat Fəzail İbrahimli arasında mübahisə düşüb.
İclasda Azərbaycanda bələdiyyələrin yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı məlumatları dövlət reyestrindən ödənişsiz əldə edə bilmələri ilə bağlı məsələ müzakirə edilib. F. İbrahimlinin replikası komitə sədrinin iradına səbəb olub, nəticədə mübahisə yaranıb.
F. İbrahimli əvvəlcə A. Rəhimzadənin müzakirə olunan məsələni tələsik təqdim etdiyini deyib: "Biz bura niyə yığışmışıq? Hər şey belə hazır gəlib və qəbul olunursa, o zaman bizim burda nəsə deməyimizin heç bir mənası yoxdur. Biz deputatların dediyi onsuz da nəyi dəyişəcək ki? Kimdir bizim sözümüzə baxan?"
Onunla razılaşmayan A. Rəhimzadə deputata irad tutub: "Biz bura "ştamp vurmağa" yığışmamışıq. Fikirlərimiz lazımdır və onun üçün yığışmışıq".
Komitə sədrinin sözünü kəsən F. İbrahimli yenidən hazırkı vəziyyətdə onların çıxışının əhəmiyyətsiz olduğunu bildirib: "Onsuz da siz nə deyirsiniz, biz də "baş üstdə" deyirik".
Komitə sədri deputatın replikasına narazılığını bildirərək, sözünü kəsib.
:APA
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub