Azərbaycanda ən kütləvi qiymətli kağız olan SOCAR istiqrazlarına verilmiş zəmanətin necə işlədiyi açıqlanıb. Bununla bağlı yayılan videorolikdə istiqrazların zəmanət mexanizminin necə çalışdığı və bu mexanizmin istiqraz sahiblərini necə qoruduğu izah edilir.
SOCAR-dan verilən məlumata görə, adi hallarda istiqrazları buraxan qurum onları müəyyən müddətdən, məsələn 5 ildən sonra bəlli bir qiymətə alacağına zəmanət verir. Həmin vaxtadək istiqrazlar birjada alınıb satılır və onların qiymətləri artıb-azalır.
Bu o deməkdir ki, əgər istiqraz sahibi onu vaxtından əvvəl satmaq istəsə, istiqrazı emitentin özünə deyil, bazardakı digər alıcıya satmalı və həmin vaxt bazarda mövcud olan qiymətlə razılaşmalıdır. Yəni istiqraz sahibi alıcı tapsa da, istiqrazı dəyərindən ucuz satıb zərərə düşə bilər.
SOCAR istiqrazlarında isə belə çətinliklər yoxdur. Çünki SOCAR bu istiqrazları istənilən vaxt, elə öz qiymətinə, yəni azı 1000 dollardan almağa zəmanət verib. Bu o deməkdir ki, 1 – istiqrazları istənilən vaxt satmaq mümkündür, 2- onların qiyməti heç vaxt 1000 dollardan aşağı düşməyəcək. Üstəlik, istiqraz sahibi faiz gəliri də qazanacaq.
Xatırladaq ki, SOCAR istiqrazları 2016-cı ilin oktyabrında 100 milyon dollar həcmində buraxılıb. Dollarda 5 illik müddətə buraxılan istiqrazlar öz sahiblərinə hər il 5% gəlir gətirir. Faizlər hər 3 aydan bir olmaqla ildə 4 dəfə ödənilir. İlk faiz ödənişi yanvarın 17-də həyata keçirilib və istiqraz sahiblərinə 1,25 milyon dollar faiz ödənilib. Bu pullar istiqraz sahiblərinin banklardakı hesablarına köçürülüb. Bu il ərzində növbəti faiz ödənişləri 17 aprel, 17 iyul və 17 oktyabr tarixlərində olacaq.
1
Prezident ailəsinin Trampla FOTOLARI
1090 dəfə oxunub
2
Nazirlik aktyora 657 min manat ödəyəcək
1083 dəfə oxunub
3
Prezident tarixi sənədi imzaladı – VIDEO
1060 dəfə oxunub
4
Azərbaycanda yalnız bu şəxslər aptek işlədə biləcək – Yeni qərar
1041 dəfə oxunub
5
Qələbə qazanan “Qarabağ”ın qazancı açıqlandı
1037 dəfə oxunub