Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Vətəndaşları işə düzəltmək adı ilə aldadana hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində  vətəndaşı işə düzəltmək adı ilə aldadaraq dələduzluq etməkdə  təqsirləndirilən Elçin Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.
 
E.Məmmədov 10-a yaxın vətəndaşı işə düzəltmək adı ilə aldadaraq, onlardan ümumilikdə 30 min manat pul alısa da, verdiyi  vədə əməl etməyib. Zərərçəkmişlərin hüquq-mühafizə orqanlarına şikayəti əsasında E.Məmmədov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham verilib.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...