“Son dövrlərdə Azərbaycanda qadınların siqaretə marağı artıb”.
Mynews.az "Report”-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentin bu gün keçirilən plenar iclasında yeni hazırlanmış “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin müzakirəsi zaman deyib.
H.Rəcəbli bildirib ki, bu göstərici hətta bir faizə çatıb. Komitə sədri bildirib ki, aparılan sorğular nəticəsində müəyyən olunub ki, kişilərin 67,5 faizi, qadınların isə 52,3 faizi ətrafdakı tütün tüstüsündən əziyyət çəkirlər:
“Bu narahatçılıq, əsasən, ictimai yerlərdə baş verir”.
Deputat Tahir Kərimli deyib ki, tütün məmulatları ilə bağlı problemlər bəşəri problemlərdir. T.Kərimli qeyd edib ki, bu qanunun icrasının həyata keçirilmə forması da açıqlanmalıdır:
“18 yaşına çatmayanların tütündən istifadə edilməsi qadağan olunub. Bunun əksi olacaqsa, burada hansı cəza nəzərdə tutulur? Bu, qeyd olunmalıdır. Bəzi dövlətlərin təcrübəsi tətbiq edilməlidir. Bu ondan ibarətdir ki, tütün məlumatlarının qutularının üstündə törətdiyi fəsadların təsviri olmalıdır”.
Milli Məclisin sədri Oqtay Əsədov T.Kərimliyə cavab olaraq deyib ki, bu, İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənəcək.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub