“Qadınlarda həddindən artıq cinsi əlaqə hərisliyi, hipersekssuallıqla özünü biruzə verən patoloji hal və ya xəstəlik Nimfomaniya adlanır”.
Mynews.az xəbər verir ki, bunu Metbuat.az-a açıqlamasında psixoloq, seksoloq, həkim-psixoterapevt Şəmsəddin Babayev deyilib: “Nimfomaniya yunancadan nimfe-nişanlı, ərlik qız, maniya-ehtiras, qızğın eşq, dəlilik kimi tərcümə olunur. Psixiatriyada nimfomaniya qadınlarda fizioloji pozuntu və fiziki amillərlə əlaqədar davranış sindromu olub, üzvü pozuntu və ya xəstəliklə əlaqədar olmayan cinsi disfunksiya sayılır, yəni qadın hiperseksuallığıdır. Bu çox nadir pozuntudur, 2500 qadına biri düşür, isti ölkələrdə 5-6 dəfə çox rast gəlinir. Özünü sönməyən seksual yanğı ilə, yəni müxtəlif partnyorlarla çoxlu cinsi əlaqələrə canatmalarla göstərir, nimfoman hərəkətlərinə nəzarət edə və əlaqəyə girmək barədə beyninə girmiş fikirlərdən azad ola bilmir. Onu patnyorun cinsi, yaşı və xarici görünüşü maraqlandırmır (Seksual aktiv qadın isə seksual davranışına və partnyor seçiminə nəzarət edə bilir). Nimfoman cinsi akt zamanı bir-birinin ardınca orqazm dadsa belə, aktdan qane olmur və yenidən əlaqəyə girmək istəyir, çünki onun oyanması subyektiv xarakter daşıyır, yəni cinsiyyət orqanlarında adekvat fizioloji reaksiyalar yaranmır”.
Həkim əlavə edib ki, nimfoman bu xüsusiyyətindən çox əziyyət çəkir, çünki sonsuz seksdən heç bir şeyə vaxtı qalmır, adamlarla ünsiyyətdə ola bilmir, işləyə bilmir, istirahət edə bilmir: “O, cinsi əlaqə haqqında beyninə girmiş fikirlərdən qurtulmaq üçün seksual enerjini digər məcraya yönətməlidir, bunun üçun ciddi iş və idmanla məşğul olmalıdır. Fiziki yük, qaçış və uzun gəzintilər yaxşı kömək edır. Qidada dəniz məhsullarını, pendiri, şokoladı, qozu və s. azaltmaq lazımdır”.