Bakı metrosunu çirkləndirən sərnişinlərə qarşı cəzaların tətbiq edilməsinə daha ciddi nəzarət olunacaq.
Mynews.az Xəzər TV-yə istinadən məlumat verir ki, “IV İslam Həmrəyliyi” oyunları zamanı Bakıya gələcək turistlərin sayının artacağını nəzəra alan “Bakı Metropoliten” QSC-nin əməkdaşları metroda nəzarəti gücləndirəcəklər.
Yerə zibil atan, oturacağa və ya əl tutacaqlarına saqqız yapışdıranlar cərimə ediləcəklər.
Qeyd edək ki, sərnişinlərə qarşı cərimələr standart deyil. Eskalatordan sürahinin üstünə əşya qoyulmasına görə - 15 manat, relsrlərə atılan zibilə görə - 30 manat, vaqonun qapısını məcburi şəkildə açmaq və siqaret çəkməyə görə - 50 manat, icazəsiz elektrik şəbəkəsindən istifadəyə görə isə 70 manat cərimə tətbiq edilir.
Cərimə olunanlar beş iş günü müddətində yaxınlıqdakı poçt və banklara yaxınlaşıb cərimələrini ödəyə bilərlər.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub