Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Mynews.az-a verilən məlumata görə, aprelin 16-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-19° isti, Bakıda gecə 9-11° isti, gündüz 16-18° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.
1
12 yaşlı oğlan yanğında öldü
856 dəfə oxunub
2
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
847 dəfə oxunub
3
Bu məktəblər distant tədrisə keçir
827 dəfə oxunub
4
"Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR
800 dəfə oxunub
5
Aztəminatlı əhali üçün qaz təchizatı əlçatan deyil: Azəriqaz niyə problem yaradır? - ARAŞDIRMA
788 dəfə oxunub