“Dünya bir addım qabağa gedir, bunlar isə 100 il arxaya… Həyatı oturub, ölümü düşünməklə keçirən insanlar görəsən nəyə görə yaşayırlar?”
Mynews.az xəbər verir ki, bu sözləri keçmiş teleaparıcı Günel Musəvi bir müddət öncə Yasamal rayonu Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətə münasibət bildirirərkən deyib.
Aparıcı çox həssas olan din mövzusunda fikirlərini açıq-aşkar ifadə etməkdən, məscidin sökülməsinə etiraz edənləri dolayısı ilə cahil adlandırmaqdan çəkinməyib.
Onun bu fikirləri sosial şəbəkələrdə etirazla qarşılanıb. Hətta həmkarları, sənət dostları onun bu sözlərinə qarşı çıxıblar.
Qeyd edək ki, aprelin 12-də Bakının “Sovetski” kimi tanınan ərazisində yerləşən Hacı Cavad məscidinin sökülməsi hadisəsi olmuşdu. Bir qrup insanın etirazından sonra sökülmə prosesi dayandırılmışdı.
Daha sonra isə prezident İlham Əliyev məscidinin sökülməsi ətrafında yaranan vəziyyəti araşdırmaq üçün xüsusi komissiyanın yaradılması barədə tapşırıq verdi.
Yeri gəlmişkən, məlumat üçün bildirək ki, Bakı şəhəri Yasamal rayonu Çingiz Mustafayev küçəsində yerləşən Hacı Cavad məscidi XIX əsrdə inşa olunub və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni aşkar olunmuş tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib. (big.az)
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub