Hündürmərtəbəli binaların birinci mərtəbəsindən ev alanların sayı kəskin azalıb. Xüsusilə köhnə tikililərdə əksər alıcılar birinci mərtəbədən ev almaq istəmir.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, rieltorlar da aşağı mərtəbədə olan evlərə müştəri tapmaqda çətinlik çəkdiklərini etiraf edirlər. Onların sözlərinə görə, bu daha çox həmin evlərin zirzəmələrə yaxın və rütubətli olması ilə əlaqədardır.
Yeni tikililərdə isə birinci mərtəbələr daha çox ofis və obyekt kimi istifadə edildiyindən onlara müştəri hər zaman tapılır. Sadəcə burda da yenə həmin mərtəbənin üstündəki evlər nisbətən zəif satılır. Rieltorlar bunu həmin evlərin gec isinməsi və yuxarı mərtəbələrin nisbətən daha çox səs -küylü olması ehtimalı ilə izah edirlər. Bu da öz növbəsində yuxarı mərtəbələrə tələbatın artmasına və qiymət fərqinə səbəb olur.
Rieltorların sözlərinə görə, qiymətin ucuz olması səbəbi ilə birinci mərtəbədən ev alanlar sonradan yaranan problemlərə görə ya həmin evləri satır, ya da başqasına icarəyə verir.
1
Dövlət Vergi Xidmətinin Aparatının strukturu dəyişib
568 dəfə oxunub
2
Nazir “Napoli” - “Qarabağ” oyununu stadiondan izləyib
539 dəfə oxunub
3
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
524 dəfə oxunub
4
Polkovnik faciəli şəkildə öldü
514 dəfə oxunub
5
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
511 dəfə oxunub