Prezident Yevlaxda müşavirə keçirir

613
Prezident Yevlaxda müşavirə keçirir

Aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yevlax şəhərində Aran Regional İnkişaf Mərkəzi ilə tanış olub.

Mynews.az AzərTAc-a istinadən xəbərinə görə, dövlət başçısı əvvəlcə Aran Regional İnkişaf Mərkəzinin foyesində təşkil edilmiş ixracyönümlü qeyri-neft məhsullarının sərgisi ilə tanış olub. 

İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına sərgidə nümayiş olunan məhsullar barədə məlumat verib. Bildirilib ki, sərgidə qeyri-neft məhsulları ixrac edən 60-dan çox şirkətin 450-yə yaxın çeşiddə şərab, çay, meyvə-tərəvəz, mineral sular, şirələr, bal, şirniyyat, tekstil və digər məhsulları nümayiş olunur. Bu məhsullar daxili tələbata yönəldilməklə yanaşı, Avropa, MDB ölkələri, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və digər ölkələrə ixrac edilir.

Sonra Azərbaycan Prezidenti Aran Regional İnkişaf Mərkəzində yaradılan şəraitlə tanış olub. 

Hazırda Yevlaxda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə qeyri-neft ixracatçılarının respublika müşavirəsi keçirilir.

Dövlət başçısı müşavirəni giriş nitqi ilə açıb. 

Xəbər lenti