Azərbaycan Sosial Demokrat Partiyasının sədri, millət vəkili Araz Əlizadənin ötən gün verdiyi müsahibədə səsləndirdiyi fikirlər birmənalı qarşılanmayıb.
Mynews.az xəbər verir ki, partiya sədri lent.az-a müsahibəsində onu sosial şəbəkələrdə tənqid edənlərlə bağlı verilən suala cavab verib.
Deputat cavabında "facebook"a girənləri avara adlandırıb: "Orda hər yoldankeçən ağzına gələni yazır və mənim də vaxtım yoxdur, elə şeylərlə məşğul olum. Kim kimin haqqında nə yazdı, nə dedi, məni maraqlandırmır. Hər şüursuz adamın yazdığını oxumaq fikrində deyiləm. Çünki feysbukda olanların hamısı avara, işsiz-gücsüz adamlardır".
Bəs hazırda ölkəmizdə iki milyon istifadəçi sayı olan "facebook"a girənləri təhqir edən deputatı işlətdiyi ifadəyə görə hansı cəza gözləyir?
Ağacan Abıyev
AZXEBER.COM mövzu ilə bağlı Milli Məclisin intizam komissiyasının sədri Ağacan Abıyevdən münasibət öyrənib. Deputat həmkarının fikirləri ilə tanış olmadığını, ancaq məsələnin araşdırıldıqdan sonra komissiyanın iclasında qaldırıla biləcəyini bildirib:
"İlk növbədə məsələ araşdırıllmalıdır. Əgər həqiqətən bu cür ifadə işlədilibsə o zaman məsələ komissiyanın iclasında müzakirəyə çıxarıla bilər".
Komissiya sədri "Azərbaycanda hökumət rəsmilərinin və dövlət adamlarının da "facebook" hesabı var, bəs bunu necə qiymətləndirisiniz?" sualını, "araşdırdıqdan sonra qərar verəcəyik" cavabı verib.
Qeyd edək ki, Azərbaycanda bir çox millət vəkillərinin, dövlət rəsmilərinin, rəsmi qurumlarının hər birinin "facebook" adresi mövcuddur. Facebookun Azərbaycan dilinə tərcüməsinə 2008-ci ilin yay aylarından başlanılıb. 2009-cu ildən sayt rəsmi olaraq Azərbaycan dilində də fəaliyyət göstərir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub