Sabiq polis rəisinin ölkədən çıxışına qadağa qoyuldu

620
Sabiq polis rəisinin ölkədən çıxışına qadağa qoyuldu

Mahir Əkbərovun həyat yoldaşının məhkəmə istintaqı yekunlaşdı

Bakı Ağır Cinahətlər Məhkəməsində dələduzluqda ittiham edilən Leyla Əkbərovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən zərərməkmiş tərəf təqsirləndirilən şəxsin həyat yoldaşı, sabiq polis rəisi Mahir Əkbərovun məhkəməyə məcburi gətirilməsi və yenidən dindirilməsi ilə bağlı vəsatəti geri götürüb. Vu səbəbdən məhkəmə məcbiri gətirilmə qərarnıı ləğv edib. Ancaq M.Əkbrovun ölkədən çıxışına qadağa qüvvədə saxlanılıb.  Daha sonra məhkəmə istintaqının başa çatdlğı elan edilib və dövlət ittihamçısı çıxış üçün vaxt istəyib. Proses aprelin 26-da davam edəcək.  

L.Əkbərovanın cinayət işi üzrə bir neçə nəfər zərər çəkən kimi tanınıb. Onlar da işə düzəlmək, təqaüdə çıxmaq üçün pulları zərərçəkmişlərdən biri olan Anarə Məmmədova vasitəsi ilə Leyla Əkbərovaya çatdırıblar. 

Anarə Məmmədova ərinə ikinci təhsil diplomu almaq üçün Mahir Əkbərova 12 min manat verdiyini deyir. Bundan əlavə A.Məmmədova iddia edir o, digər qohumlarını da işə düzəlmək, təqaüdə çıxmaq üçün L.Əkbərova ilə tanış edib və ümumilikdə Əkbərovlara 116 min manat pul veriblər. Zərərçəkmişlər bu dələduzluq işində Mahir Əkbərovun da əlinin olduğunu deyirlər.  M.Əkbərov Binəqədi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə İdarəsinin keçmiş rəisi olub, bir müddət əvvəl isə polis orqanlarından xaric edilib.

95 saylı orta məktəbdə müəllimə işləyən Leyla Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham olunur.

Xəbər lenti