"İki gün əvvəl Həsənlə Gəncə şəhərində görüşdük. Dedi ki, sən mənim adımı təmizə çıxar, mən də sənin, Güneli də saxlayım, səni də. Bildirdi ki, mənə görə Günelin evi dağılır, etdiyim hərəkətdən utanıram, heç kimin üzünə çıxa bilmirəm".
Mynews.az xəbər verir ki, bu ilginc açıqlamanı Ölkə.Az-ın əməkdaşıyla söhbətində bir neçə gün öncə ərinin ona qardaşı qızıyla xəyanət etdiyini söyləyən Həmidə Səfərova adlı qadın səsləndirib. Onun iddiasına görə, əri iki gün öncə belə bir təklif edib və o, bununla razılaşmayıb:
"İkimizi bir evdə saxlamaq istəyir. Mən də onun fikriylə razı deyiləm. Övladlarıma həm ata, həm də ana olacağam. Ondan istədiyim də aliment və evdir. Məhkəməyə müraciət etmişəm ki, o gəlməsə də, bizi boşayın. Mənə deyir ki, əgər boşansan, səni öldürəcəyəm. Baldızım Könül də məni ölümlə hədələyir. Yazılanları oxuyuram ki, bəzi insanlar məni qınayırlar. Ancaq kim istəyər ki, isti yuvası dağılsın? Həsənə səslənirəm və bildirirəm ki, heç vaxt ona xəyanət etməmişəm. Heç yerdən köməyim yoxdur, övladımın təzyiq problemi var. Həsən nə qədər çalışsa da, adını təmizə çıxara bilməyəcək".
Qeyd edək ki, Həmidə Səfərova əri Həsən Səfərovun ona öz qardaşı qızı Günel Səfərova ilə xəyanət etdiyini və qoşulub qaçdığını bildirmişdi. Həsən Səfərov isə həyat yoldaşının iddialarını təkzib etmiş və yoldaşının ona başqalarıyla xəyanət etdiyini iddia etmişdi.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub