Milli Məclisin sabiq deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlıya ağır itki üz verib: bacısı oğlu, gənc müğənni Vüqar İsrafilov dünyasını dəyişib.
Yeniçağ.az-a açıqlama verən S. Rüstəmxanlı bacısıoğlunun xərçəng xəstəliyindən dünyasını dəyişdiyini dedi:
“Vüqar Mədəniyyət və İncəsənət Universitetini bitirmişdi, Abşeron mədəniyyət şöbəsində çalışırdı. Çox istedadlı idi, qeyri-adi musiqi duyumu, həzin səsi, bəstəkarlıq, rejissorluq qabiliyyəti vardı. Bir il əvvəl xəstəlik başlandı, Bakıda beyin əməliyyatı olundu. Başında şiş vardı. Qarşısını almaq mümkün olmadı. İrana da aparıldı, alternativ tibbdən istifadə olundu, amma xeyri olmadı. Dünən axşam keçindi, gecəylə Yardımlıya gətirdik, bu gün də dəfn etdik”.
Dayısı mərhum Vüqarın arzularından da danışıb:
“Mədəniyyət xadimi olmaq istəyirdi; kinolara çəkilirdi, daha böyük rollar arzusundaydı. Mənim şeirlərimə mahnı bəstələmək fikrindəydi. Çox təmiz insan idi. Son 3 gündə komada idi. Komaya düşməzdən əvvəl bircə dəfə “Duyğu” deyə, qızının adını çağırıb. 32 yaşı vardı, iki körpə balasını atasız qoydu”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub