Ötən gün "Xəzər” telekanalında yayımlanan videogörüntüdə Tovuz rayonu Qalaboyun kənd tam orta məktəbində müəllimin şagirdi döydüyü iddia olunub. Telefonla çəkilən görüntü sosial mediada müzakirələrə səbəb olub.
Görüntüdə müəllimin şagirdi küncə sıxışdıraraq döyür, uşağın yalvarmasına belə məhəl qoymur. Daha sonra başqa bir şagirdi döyür. Məlumat bildirilib ki, şagirdlərə qarşı zorakılıq edən hərbi hazırlıq müəllimi Mövsüm Sadıqovdur.
Tovuz Rayon Təhsil Şöbəsindən "Bizim Yol”a verilən məlumata görə, Qalaboyun kənd tam orta məktəbi şagirdləri və məktəbin direktorunun Təhsil Şöbəsinə verdiyi izahatında qeyd ediblər ki, həmin videogörüntü sözügedən məktəbdə çəkilməyib.
"Həmin kadrlarda göstərilən hərbi kabinet bizim məktəbdə yoxdur. Müəllimdən və şagirdlərdən alınan izahatlarda onlar bu hadisənin tamamilə təkzib ediblər”,-deyə Qalaboyun kənd tam orta məktəbin direktorunun izahatında bildirilib.
Həmin məktəbin hərbi rəhbəri Möhsüm Sadıqov da izahatında bildirib ki, şagirdlərin onun tərəfindən döyülməsi haqqında yayılan kadrlar həqiqətə uyğun deyil: "Mən heç vaxt şagirdləri döyməmişəm. Kadrlarda göstərilən hərbi kabinet və şagirdlər bizim məktəbdə yoxdur”.


1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub