Xəbər verdiyimiz kimi, bu il Həcc ziyarətinə getmək üçün ayrılan 600 nəfərlik kvota tam dolub. “Qafqazinfo” xəbər verir ki, bu il ziyarət üçün vahid qiymət 3850 dollar müəyyənləşdirilib.
Mynews.az-ın məlumatına görə,“Qafqazinfo” bu məqamda 600 nəfərin Həcc ziyarətinə ümumilikdə ödədiyi məbləği araşdırıb. Bu günün məzənnəsinə uyğun olaraq, 1nəfərin Həcc ziyarəti xərci 6553 manatdır. 600 nəfər üçün isə bu rəqəm birlikdə 3 milyon 931 min manat vəsait təşkil edir.
Bu arada qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarətindən əldə etdiyi gəlirlərin miqdarını ictimaiyyətə açıqlamır. Bu səbəbdən 4 milyona yaxın vəsaitin neçə faizinin QMİ-nin gəlirləri hesab olunduğunu müəyyən etmək mümkün deyil.
Bu arada bildirək ki, Azərbaycandan bu ildən etibarən ikinci dəfə Həccə gedənlər üçün əlavə ödəniş nəzərdə tutulmayıb.
QMİ-nin məsul işçisi, Azərbaycan Həcc missiyasının üzvü Həmdulla Babayev “Qafqazinfo”ya bildirib ki, kvota tam dolsa da, əlavə getmək istəyənlər ehtiyat kimi yığılır: “Bu məsələyə may ayında baxılacaq. Əgər Səudiyyə Ərəbistanı kvotadan artıq şəxslərin ziyarətə getməsinə şərait yaradarsa, bu, reallaşa bilər”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub