510 manat maaş alıb, qızına yarım milyonluq toy edən məmur işdən çıxarılacaqmı? - VİDEO

1467
510 manat maaş alıb, qızına yarım milyonluq toy edən məmur işdən çıxarılacaqmı? - VİDEO

Xəbər verdiyimiz kimi, Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı Ayselin bir neçə ay əvvəl baş tutan toy mərasimi ilə bağlı xəbərlər yayılıb

Xəbərlərdə Qüdrət Şükürovun qızı Aysellə Oktayın toy məclisi üçün 400 min dollar xərcləndiyi bildirilir. 

Bu faktı məmur qızınn birinci həyat yoldaşı Elşən Əsgərli aznews.az-a təsdiqləyib və deyib: ""Mənim ailəm həmişə imkanlı olub. Onun həyat yoldaşı "Porche” sürür. Həmin maşını ona Ayselin atası, rüşvətxor məmur alıb. Mənim sürdüyüm maşın isə öz alın tərimlə qazanılıb. Özünə bir "alfons” tapıb. Onların yaşadığı dəbdəbəli həyat Ayselin atasının hesabınadır. Qüdrət müəllim 510 manat maaş alır, mənim atam isə heç bir dövlət işində işləmir, biznesmendir. Qoy cavab versin ki, 510 manatla o dəbdəbəli həyatı necə yaşamaq olar? Bakı Lift Təmir İstehsalat Birliyində baş direktordur. Atasının dəstəsi var, liftləri oğurlatdırır. Məqsədi büdcədən pul qoparmaqdır ki, yenisini alsın. Özünə quldur dəstə yaradıb.”

Görünən odur ki, Cənab Prezident İlham Əliyevin bir müddət öncə məmurlara və məmur ailələrinə etdiyi xəbərdarlıq Bakı Lift İdarəsinin rəisindən yan keçib.

Qüdrət Şükürovun diqqəyinə çatdırmaq istərdik ki, Prezident bir müddət öncə özünə təmtəraqlı məclis təşkil edən məmur və məmur uşaqları haqda demişdi: "Bəzi hallarda özləri üçün böyük məclislər düzəldirlər. Təmtəraqlı toylar düzəldirlər, yubileylər düzəldirlər. Yaraşırmı bu dövlət məmuruna? Mən öz 50 illiyimi Ağcabədidə köçkünlərlə keçirmişəm. Bu, mənim təbiətimdir. İkincisi bir yol göstərirəm. Belə olmaq lazımdır. Təmtəraqlı toylar, ad günləri, yubileylər, bahalı hədiyyələr, bunu yığışdırın, bəsdirin. Kim bunu eləyir, bilir kimi mən nəzərdə tuturam. Bu, həm yerli icra orqanlarına aiddir, həm də mərkəzi icra orqanlarının rəhbərlərinə aiddir”.

Prezident daha sonra qeyd etmişdi: Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq”. 

Xəbər lenti