Məmur qızı eks ərinin biabırçı VİDEOSUNU YAYDI "Mənə əxlaqsız təkliflər edir, toy gecəsi..." - VİDEO

6063
Məmur qızı eks ərinin biabırçı VİDEOSUNU YAYDI "Mənə əxlaqsız təkliflər edir, toy gecəsi..." - VİDEO

Bir neçə gündür ki, ölkə mediasının baş xəbərinə çevrilən Aysel, Oqtay və Elşən üçbucağı ətrafında qalmaqal səngimir. Toyuna 400 min manat pul xərcləndiyi barədə iddialara cavab verən Bakı Lift İdarəsinin direktoru Qüdrət Şükürovun qızı Aysel Şükürova redaksiyamıza məsələni gündəmə gətirən keçmiş həyat yoldaşı Elşən Əsgərli barədə sensasion video və fotolar göndərib. 

Aygün Şükürova missiya.az-a açıqlamasında bildirib ki, keçmiş həyat yoldaşı onları rahat buraxmır.

«Bizi rahat yaşamağa qoymur. Mən onun uşağının anasıyam. Öz övladının anasına əxlaqsız şəkillər göndərmək heç kimə yaraşmaz. İstəyir ki, ailəmdə problem yaransın. Mənim boşanmağımı istəyir. Sosial şəbəkələrdə adıma əxlaqsız səhifələr açır. Mənim və özünün toy şəkillərinin üzərin əxlaqsız sözlər yazıb internetə qoyur. Əxlaqız təkliflər edir. Mən xakerlərə pul verirdim ki, onlar adıma açılan saxta səhifələri bağlasınlar. Sən demə, səhifəni elə həmin adamlar açırmış. Onlar da Elşənin adamlarıdır. Mən özüm blogerəm. Böyük səhifələrim var. Səhifəmi də Elşənin adamları oğurlayıb. Hazırda hər iki iş polisdədir».

Məmur qızı eks ərinin biabırçı VİDEOSUNU YAYDI:

Aysel Şükürova eks-baldızı Aydan Əsgərlinin də ona qarşı təhqir edici ifadələr səsləndirdiyini bildirib. "Həyat yoldaşım gürcüstanlıdır. Mən özüm isə Masallı rayonundanam. Onun bacısı Aydan Əsgərli mənim və həyat yoldaşımın olduğu bölgələrin insanlarına qarşı təhqiredici ifadələr işlədir. Mən dəhşətə gəlirəm. Onun həyat yoldaşı Azərbaycanın Avstraliyadakı səfirliyində yüksək vəzifədə işləyir. Utancverici hadisədir ki, Azərbaycanı xaricdə təmsil edən şəxsin həyat yoldaşı belə tərbiyəsizlik edir. Mənim əlimdə onları biabır edəcək videolar var".

Aysel missiya.az-a ötən açıqlamasında bəhs etdiyi söyüş videosunu da ortaya çıxarıb. Onun sözlərinə görə, Elşən Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin qarşısında onu və həyat yoldaşını videoya çəkdiyi üçün dava düşüb. "Elşən videonu çəkə-çəkə bizə qarşı çox nalayiq ifadələr işlədirdi. Həyat yoldaşım çəkdiyi videoya görə, onu döyüb. Yoldaşımın əllərinə sağlıq. O, çəkdiyi videonu səhifəsində paylaşmışdı. Həmin video məndə var. Bu məsələ ilə bağlı iş polisdədir". 

Aysel Şükürovanın eks-əri barədə bizə təqdim şəkillərin çoxu etiq qaydalara uğyun olmadığı üçün oxuculara təqdim etmirik.

Qeyd edək ki, toy mərasimi yanvarın 21-də "Böyük Saray” da baş tutub. Qüdrət Şükürovun qızı Aysel Şükürova Oktay adlı şəxslə nikah masasına oturub. Ötən gün isə cütlük barədə 400 min dollarlıq toy iddiası ölkə mediasının gündəmini zəbt edib. Qüdrət Şükürovun qızına etdiyi toy mərasiminin 400 min dollara başa gəlməsi, bu dəbdəbəli toy mərasiminin şəkillərinin, videolarının paylaşılmasından sonra toy sosial şəbəkələrdə geniş müzakirə olunub. Daha sonra keçmiş həyat yoldaşı Aysel Şükürova və onun atası Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürov barədə qalmaqallı açıqlama verib. O bildirib ki, Qüdrət Şükürov büdcədən pul mənimsəmək üçün dəstə toplayıb lift oğurlayır.

Xəbər lenti