AMAY Abdulladan ŞOK İFADƏ "Qızın intim videolarından sonra işdən qovdum"

864
AMAY Abdulladan ŞOK İFADƏ "Qızın intim videolarından sonra işdən qovdum"

Özünü "MTN-in ən gənc qadın polkovniki" kimi təqdim edərək 1 milyona yaxın dələduzluq etməkdə təqsirləndirilən Aygün Akimovanın cinayət işi üzrə məhkəmə davam etməkdədir.

Məhz iş üzrə zərərçəkənlərin məhkəmədə səsləndirdikləri fikirlərində Aygün Akimovanın tanınmış iş adamı Abdulla Abdullayevin qeyri-rəsmi həyat yoldaşı olması iddia edilir. Hətta Abdulla Abdullayevin Aygün Akimovadan 2 uşağı olmasını da bildirirlər.

Aygün Akimova isə məhkəmədə buna etiraz edib və ərinin kim olmasının onlara heç bir dəxli olmadığını deyib.

Lent.az-ın əldə etdiyi məlumata əsasən, həmin cinayət işi üzrə adı çəkilən iş adamı Abdulla Abdullayev istintaq dövründə dindirilib. Və bu iddialar barəsində maraqlı faktlar səsləndirib.

İttiham aktına əsasən, şahid qismində dindirilən Abdulla Abdullayev  bildirib ki, AMAY şirkətinin rəhbəri olduğu vaxt təxminən 2004-cü ildə əvvəllər tanımadığı Dilarə adlı qadın onun iş yerinə gəlib: "Seyid nəslindən və işçim Dünyaxanım Əliyevaya borcu olduğunu dedi. Məndən pul istədi, köməklik elədim. Sayını xatırlamıram, amma Dünyaxanıma bir neçə dəfə pul vermişəm".

Abdulla Abdullayev bildirib ki, həmin Dilarə adlı qadın növbəti dəfə onun yanına gələrək Aygün adlı qızının kiminsə tərəfindən aldadıldığını və cinsi istismar olduğunu deyib: "Dilarə xahiş elədi ki, həmin şəxsə təzyiq edim ki, onun qızı ilə evlənsin. Razılaşmadım. Daha sonra Dilarə məndən xahiş etdi ki, qızı Aygünün xaricdə olan zavodlarımdan birində işləməsinə kömək edim. Və bu işin üstü açılmasın. Mən isə xaricdə olan zavodlarımın fəaliyyətini dayandırdığını dedim. Bir müddət sonra Aygün özü mənim qəbuluma gəldi və işə götürməyimi xahiş etdi. Bundan sonra Aygünü xadiməçi olaraq işə götürdüm. Aygünə 300 manat maaş verirdim".

İş adamının istintaqa dediyinə görə,  bir müddət sonra işçilərindən Aygünün hamilə olduğunu eşidib: "Aygün oğlan uşağı doğmuşdu. Əri olmadığından uşağın doğum haqqında şəhadətnaməsində ata kimi mənim adımı yazdırmaq istədiyini dedi. Mənim də Aygünə yazığım gəldiyi üçün buna razılıq verdim. Aygünün uşağının atası isə başqası olub. Mən heç vaxt Aygünlə intim əlaqədə olmamışam. Aygünün daha sonra bir qız uşağı da olub. Onun da doğum şəhadətnaməsinə ata kimi adımın yazılmasına etiraz etmədim"

A.Abdullayev daha sonra Aygünün əxlaqsız hərəkətlər etməsindən xəbər tutduğunu deyib: "İşçilərdən biri Aygünün əxlaqsız hərəkətlərini nümayiş etdirən görüntüləri mənə göstərdi. Həmin görüntüləri Aygünün anasına və qardaşına göndərdim. Həmçinin həmin diskin bir nüsxəsini də Aygünün özünə verdim və daha sonra onu işdən çıxardım. Bundan sonra, Aygünü görməmişəm və telefonla da danışmamışam. Hətta 2012-ci ildə məhkəməyə müraciət etdim ki, Aygün Akimovanın övladlarının atası kimi doğum haqqındakı şəhadətnamələrdə adım çıxarılsın. Lakin həmin vaxt xaricə getdim, daha sonra həbsə düşdüm"

Abdulla Abdullayev Aygün Akimovanın törətdiyi cinayət əməllərindən xəbərsiz olduğunu deyib həmçinin bildirib ki, şirkətinə Aygünün nəzarət etməsi, ona maşın, ev alması haqda deyilənlər yalandır: "Rəhbərlik etdiyim şirkətin İdarə Heyəti olub və bütün vəzifəli şəxslər öz işlərini görüblər. Aygün də bir müddət xadimə olaraq işləyib. Aygünə heç vaxt Cadiillas Escalades markalı maşın almamışam. Aygünə sadəcə şirkətdə işlədiyi vaxt 300 manat maaş vermişəm, atası və anasının müalicəsi üçün çox az məbləğdə pul vermişəm. Aygünə mənzil almağım haqda deyilənlər də yalandır'.

Qeyd edək ki, Aygün Akimovanın işi hazırda Bakı Ağır Cinayətlər hakim Əlövsət Abbasovun sədrliyi ilə Məhkəməsində baxılır. 

A.Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti, vəzifəli şəxs kimi təqdim edərək, onlara 1 milyon manat dəyərində dələduzluq edib. İttiham aktına əsasən, həmin cinayət işində onun İ.Baxşıyevlə əlbir olduğu qeyd edilir. 

Onlara Cinayət Məcəlləsinim 178.3.2(külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib

Xəbər lenti