Dövlət İmtahan Mərkəzinə (DİM) imtahanlardakı yazı işlərini yoxlamaq üçün hər bir fəndən ən azı 5 min marker lazımdır.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, indiyədək DİM tərəfindən Azərbaycan bölməsi imtahanları üçün 1717 marker treninqə dəvət olunub.
Onlardan 679 nəfəri treninqdən uğurla keçib. Həmin markerlərin 135 nəfəri imtahanlarda yoxlama işlərinin yoxlanmasında iştirak edir: "Əvvəl marker işinə müəllimlər cəlb edilirdi. Sonradan II kurs magistrlər qəbul ediliblər".
M.Abbaszadə deyib ki, rus bölməsi imtahanları üçün markerlərin sayı azdır. Onun sözlərinə görə, rus dili üzrə Bakıda 98 müəllim marker olmaq üçün treninqə cəlb olunub. Onlardan 28-i treninqdən uğurla keçib. Yoxlama işlərinin yoxlanmasında isə 13 marker iştirak edir: "Bakı Slavyan Universitetinə müraciət etmişəm ki, marker treninqlərinə II kurs tələbələri olan magistrlər cəlb edilsin".
M.Abbaszadə deyib ki, markerlərlə iş əsasında müqavilə bağlanır. Onun sözlərinə görə, bu, gələcəkdə müəllimlər üçün əlavə gəlir yeri də ola bilər.
M.Abbaszadə bildirib ki, gələcəkdə markerlərin hazırlanması üçün akademiya, yaxud kurslar yaradıla bilər. Markerlərin hazırlanması isə ödənişli həyata keçiriləcək.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub