Azərbaycanın bu rayonunda naməlum varlıq yaşayır? - DÜNYA ONDAN DANIŞIR... - FOTOLAR

Şübhəsiz ki, Azərbaycanın hər bir rayonunun özünəməxsus tarixi, flora və faunası, əhalisi və iqlimi var. Hansı ki, bu rayonlara ilin müxtəlif zamanlarında bir çox turistlər səfər edir və dincəlir. Kimisi istirahətə, kimisi ova, kimisi də sadəcə kəşf etməyə gəlir.
Beləliklə, bu dəfə ölkəmizin şimal-qərbində yerləşən Quba rayonunun Xınalıq kəndindən danışacağıq. Yəqin ki, bu xəbəri oxuduqca gözünüzün önünə sıldırım qayaları, gözəl təbiəti və çox keçmişə dayanan tarixi olan bir kənd gələcək.
Dünyanın ən yüksək yaşayış məntəqələrindən hesab olunan bu kənd həm də bəşər tarixinin ən zəngin etnoqrafik dəyərlərdən biri kimi qiymətləndirilir. Kəndin adının tarixlə heç bir əlaqəsi yoxdur. Xınalıq adı onun qarşısında yerləşən dağın günəş çıxanda verdiyi rəngə uyğun olaraq qoyulub. Xınalıq öz təbiəti ilə də bölgənin seçilənlərindəndir. Tufandağın ətəyində 3500 metr hündürlüyündə 3 müxtəlif göl yerləşir. Göllər bulaq suyu və qar hesabına yaranıb. Amma göllərin arasındakı gözəgörünməz əlaqə onların birləşmiş qablar kimi eyni səviyyədə qalmasına səbəb olur. Əfsanəyə görə, keçmişdə bu göllərdən ən böyüyündə taxta parçaları üzürmüş. Deyilənlərə görə, bu taxta parçaları Nuhun gəmisinin parçaları idi. Məhz buna görə də xınalıqlılar özlərini Nuh peyğəmbərin nəslindən sayırlar. Onların fikrincə, Nuh peyğəmbərin tufanı dövründə Ketş kəndi Ketş dağlarında yerləşirdi. Sonradan Allah tərəfindən baş verən zəlzələ zamanı orada heç bir ev salamat qalmayıb.
Bir maraqlı fakt isə odur ki, bu kənddə "qar adam" yaşayır. Kəndin 50-60 faizi zaman-zaman "qar adamı" ilə rastlaşdığını deyir. Kəndin əhalisinin "qar adamı" ilə bağlı danışdığı faktlar fərqli olsa da, onun görünüşü haqda demək olar eyni təsvir yaradılıb. Onların dediklərinə görə, "qar adamı"nın qəribə bədən ölçüləri - 3 metrlik boyu var və bütün bədəni tüklə örtülüdür.
Qeyd edək ki, xınalıqlılarının əcdadları barədə məlumatlara Strabon və Plininin əsərlərində rast gəlinir.
Cəmiyyət
- İlham Əliyev əfv sərəncamı imzaladı - SİYAHI
- "Trendyol"dan sifarişlərdə nə dəyişib? - Hansı geyimlər Azərbaycana göndərilməyəcək? - VİDEO
- İdman məktəblərində kimlərin məşq keçə biləcəyi açıqlandı
- Taksi qiymətləri niyə bahalaşıb?
- Xankəndidə ev almaq mümkündür?
- Bu avtobuslarda gediş haqqı dəyişdi - Yeni qiymət
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı başlayır 940 dəfə oxunub
- Qobustandakı qəzada ölən gənc qızın nişanlısı ilə son görüntüsü - VİDEO 938 dəfə oxunub
- Cənub bölgəsi gənclərinin karyera inkişafı istiqamətində “Turizm bələdçiliyi” bacarıqlarının artırılması - FOTOLAR 925 dəfə oxunub
- Nar Cəlilabad Festivalında iştirak etdi! - FOTOLAR 912 dəfə oxunub
- Hava ilə bağlı XƏBƏRDARLIQ - Bu gündən mayın 31-dək... 908 dəfə oxunub