Gecə saatlarında Abşeron rayonunun Sulutəpə qəsəbəsində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Mynews.az Report-a istinadən xəbər verir ki, qəzaya dairədə yol nişanının tələbinə əməl etməyən “99-XU-438” dövlət qeydiyyat nişanlı “London taksi”sinin sürücüsü səbəb olub.
Nəticədə yüksək sürətlə gələn “10-NA-016” dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil taksiyə çırpılıb. Zərbə o qədər güclü olub ki, “Mercedes” bir neçə dəfə dövrə vuraraq işıq dirəyinə çırpılıb.
Qəza zamanı “Mercedes”in sürücüsü, 1999-cu il təvəllüdlü Əyyubov Nicat Rasim oğlu və sərnişinlər - 1995-ci il təvəllüdlü Albabayev Rahim Şahin oğlu, 1996-ci il təvəllüdlü Kərəmov Əhəd Vidadi oğlu, 1997-ci il təvəllüdlü Qarayev Tural Cavanşir oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Bundan əlavə, “London taksi”sinin sürücüsü, 1983-cü il təvəllüdlüAlməmmədov Zamin Ümid oğlu da bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırmalar aparılır.
1
Dövlət Vergi Xidmətinin Aparatının strukturu dəyişib
568 dəfə oxunub
2
Nazir “Napoli” - “Qarabağ” oyununu stadiondan izləyib
539 dəfə oxunub
3
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
524 dəfə oxunub
4
Polkovnik faciəli şəkildə öldü
514 dəfə oxunub
5
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
511 dəfə oxunub