Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mynews.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə hökm oxunub.
Dövlət ittihamçısı çıxış edərək Rövşən Əhmədovun 10 il azadlıqdan məhrum edilməsini istəyib.
R.Əhmədovun vəkili Adəm Məmmədov çıxış edərək məhkəmədə müvəkkilinə qarşı irəli sürülən ittihamın sübuta yetirilmədiyini deyib: “Həqiqətən Rövşən Əhmədov Çingiz Baxşıyevin qızıllarını götürmüşdüsə, niyə bunu 2 aydan sonra Rövşənə deyiblər? Başları qarışıq olub 7 kiloqram qızıl yaddan çıxıb? Rövşən Əhmədov günahsızdır və ona bəraət hökmü verilməsini xahiş edirik”.

Məhkəmə kollegiyasının hökmü ilə R.Əhmədova bəraət hökmü verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, R. Əhmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun müşaviri Çingiz Baxşıyevin qohumudur. O, Çingiz Baxşıyevdən və onun qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevadan, ümumilikdə 800 min manat məbləğində qızıl və nağd pul alaraq qaytarmamaqda təqsirləndirilib.
Çingiz Baxşiyev Nəqliyyat nazirinin sabiq müşaviri olub. Bundan əvvəl isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsində işləyib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub