Uşaqlarla bağlı bütün çap materiallarından reklamlar yığışdırılır.
Azərbaycanda dərsliklərdə, dərs vəsaitlərində, tədris materiallarında, məktəb gündəliyində, dəftərdə, albomda, uşaqlar üçün nəzərdə tutulmuş kitablarda reklamlar qadağan edilir.
Mynews.az-ın məlumatına görə, bu, “Uşaq hüquqları haqqında” qanuna təklif edilən əlavələrdə əksini tapıb.
Layihədə o da qeyd olunub ki, uşaqlara mənəvi və fiziki baxımdan zərərli təsir göstərə biləcək reklamlar məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazilərində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məsafədən yaxın yerləşdirilə bilməyəcək.
Layihə Milli Məclisin Ailə, qadın və uşaq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə edilərək plenar iclasa tövsiyə olunub.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub