Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinindəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində zəif qar yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 2-6 dərəcə şaxta, gündüz 1-4 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu, nisbi rütubət 85-95 faiz təşkil edəcək. Yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 15-20, gündüz 1-6 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.
1
Ananın qolları olmayan körpəsindən imtina etməsi ilə bağlı - Rəsmi açıqlama
380 dəfə oxunub
2
"Bizim kimi yansınlar, qanımız yerdə qalmayacaq" - Ucalın bacısı
348 dəfə oxunub
3
Bu il 280 min məzuna diplomlar elektron qaydada verilib
346 dəfə oxunub
4
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
332 dəfə oxunub
5
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
322 dəfə oxunub