Bakı Şəhər Halqası paytaxt sakinlərinə müraciət edib.
Mynews.az xəbər verir ki, şirkətdən Metbuat.az-a verilən məlumata görə, Azərbaycanda Formula 1 yarışının təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 23-25 iyun tarixlərində paytaxtda baş tutacaq Azərbaycan Qran Prisinə hazırlıqla əlaqədar Bakı Şəhər Halqasının keçdiyi küçələrdə təhlükəsizlik baryerlərinin quraşdırılması işlərini və həmçinin trekin asfalt örtüyünün yarışa tam hazır vəziyyətə gətirilməsi istiqamətində təmir-bərpa işlərini davam etdirir.
İyunun 22-i saat 09:00-dan etibarən iyunun 23-ü saat 18:00-dək Rəsul Rza küçəsinin Zərifə Əliyeva küçəsi və Neftçilər prospekti ilə olan kəsişmələri arasındakı hissəsində təmir-bərpa işləri aparılacaq.
Bu səbəbdən kəsişmələrdən etibarən yolun həmin hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq. Zərifə Əliyeva küçəsi ilə gələn sürücülərin alternativ yollardan istifadə etmələri xahiş olunur.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub