İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış günü
"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış günü Bakı Olimpiya Stadionuna gələn tamaşaçılar mərasim bitdikdən sonra "Koroğlu" metro stansiyasına pulsuz daxil olacaqlar.
Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Azərtac-a bildirib.
O bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış günü Bakı Olimpiya Stadionundan çıxan tamaşaçılar yaradılmış koridor vasitəsilə stansiyaya yönələcəklər. Bu mərasimi izləməyə gələn tamaşaçılar üçün tətbiq edilən xüsusi proqramdır:
"İnsanların rahatlığı üçün tətbiq edilən bu proqram həm də təhlükəsizlik baxımından əlverişlidir. Tamaşaçıların təhlükəsizliyi üçün koridora kənardan heç bir şəxs buraxılmayacaq. Stadiona daxil olarkən insanlar yoxlanıldığı üçün stansiyaya daxil olduqda təkrar yoxlamağa ehtiyac yaranmayacaq", - deyə N.Paşayev vurğulayıb.

1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub