Ölkəmizdə işsizlik faizi getdikcə aşağı düşsə də işsizlikdən əziyyət çəkən gənclər az deyil. İşəgötürənlər ali məktəbi yeni bitirən gənclərdən "iş təcrübəsi" tələb edirlər. Gənclər də bu vəziyyətdən şikayətçidirlər. Əksər gənc cavan və təcrübsiz olduqlarından iş tapa bilmədiklərini bildiriblər. Onlar təcrübə qazanmaqları üçün ilk öncə işlə təmin olmalarının vacib olduğunu qeyd edirlər.
Mynews.az xəbər verir ki, məsələ ilə bağlı ARB-TV Dövlət Məşğulluq Xidmətinin şöbə müdiri İsa Həsənova müraciət edib. Şöpbə müdiri problemdən xəbərdar olduğunu onlara müraciət edən gənclərin 16%-nin heç bir iş təcrübəsi olmayan gənclər olduğunu söyləyib.
İsa Həsənov ali məktəblərin məzunları olan tələbələrin təhsil aldıqları 4 il ərzində müəyyən təcrübə toplamaq imkanlarının olduğunu qeyd edərək və hər bir tələbəyə bu imkanı dəyərləndirməyi məsləhət görüb.
"4 il müddət ona imkan verir ki, tələbə Azərbaycanın mövcud durumda, bazardakı vəziyyət haqqında məlumat əldə etsin. Tələbə bazar tələblərinə uyğun olaraq özünü hazırlayır. İşə götürənlərin bir çoxu elə düşünür ki, elə ona hazır kadr lazımdır. Ona hər hansı sərmayə qoymadan asan gəlir əldə etmək istəyirlər".
İşə göürənlər işə götürmə məslələrində sərbəst olsalar da, dini, irqi və cinsi ayrı seçkiliyə yol verməməlidirlər.
Hüquqşünas Zaur Quliyev bildirib ki, müəyyən ayrı seçkiliklərə yol verən şirkətlərə qanunla cərimələr tətbiq edilir.
"Elanlar verilir ki, 18-35 yaş arası qadınlar və 35-45 yaş arası bəylər işə qəbul edlir bunlar qanunla qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən işə götürən 1000 manata qədər cərimə oluna bilər.