Azərbaycanda uşaq pornoqrafiyasını dövriyyəyə buraxan şəxslərin cəzalandırılması üçün tətbiq edilən cərimə ödəməsi ləğv edilir.
Cinayət Məcəlləsinə dəyişikliyi nəzərdə tutan yeni layihəyə görə, uşaq pornoqrafiyasını dövriyyəyə buraxan şəxslər yalnız azadlıqdan məhrum etmə ilə cəzalandırılacaqlar.
Məcəllənin hazırkı variantına görə, uşaq pornoqrafiyasını yayma, reklam etmə, satma, başqasına vermə, göndərmə, təklif etmə, əldə edilməsinə şərait yaratma, yaxud yaymaq və ya reklam etmək məqsədilə hazırlama, əldə etmə və ya saxlamaya görə 8000 manatdan 10 min manatadək miqdarda cərimə və ya 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Layihənin yeni variantına görə isə bu əməli törədənlər yalnız 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaqlar.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub