Əvvəllər insanlar bəy gəlin maşınının daha bahalı olmasına çalışırdılarsa, artıq dəb dəyişib. İndi isə toy edənlər çalışırlar ki, gəlin gətirəndə bütün maşınlar bahalı olsun. Hətta buna görə bahalı avtomobillərin toy üçün icarə xidməti deyə sektor yaranib. Bəzi toylara 20-dən çox bahalı avtomobil sifariş verənlər də var.
Mynews.az xezerxeber.az-a istinadən bildirir ki, insanların toylarda dəbdəbə və göstəriş istəyi sərhəd tanımır.
Son zamanlar toylarda bahalı maşınlardan ibarət avtomobil korteclərinə maraq artıb. Göstəriş və dəbdəbə arzulayanlar bəy gəlin maşınını belə bahalı avtomobillərin təqib etməsini istəyirlər. Bu istək isə yeni sektorun yaranmasına səbəb olub. Yəni toy üçün bahalı avtomobil korteci kirayəsi. Hətta bir toya 20-dən çox bahalı maşın sifariş edənlər var.
Kortec maşınları toy boyunca bəy və gəlini müşayiət edir. İstəyə uyğun olaraq sürücü toy sahibindən və ya icarəyə verən şirkətdən ola bilər. Üstünlük daha çox qızılı və ağ rəngdə olan "Cip"lərədi.
Qiymətlər maşının modelinə, rənginə və sayına görə dəyişir.
İcarədarlar sifarişin əsasən Bakı toyları üçün olduğunu deyirlər. Amma bölgələrdən də müraciət eliyənlər az deyil, burda isə məsafədən asılı olaraq qiymət dəyişir.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub