DİNdə Ağcabədidəki biabırçılıqla bağlı açıqlama

752
DİNdə Ağcabədidəki biabırçılıqla bağlı açıqlama

Bir sıra xəbər portallarında yerləşdirilən yazılarda Ağcabədi rayon sakini Səadət Məmmədovanın həmin rayonda sələmçilərin toruna düşməsi, qızıllarını girov qoyaraq 6 min manat məbləğində sələmə pul götürərək ötən bir neçə ildə guya 100 min manata yaxın pul ödəməsi, məsələ ilə bağlı yerli hüquq-mühafizə orqanlarının sələmçiləri müdafiə etməsi barədə yayılmış iddialar əsassızdır və qərəzlidir.

Bu barədə Son.az-ın sorğusuna cavab olaraq DİN-in Mətbuat xidmətindən verilən məlumatda deyilir:  

Vurğulanır ki, əslində, yazılanların əksinə olaraq müraciət müəllifinin sələmçilər kimi göstərdiyi və bəzilərinin adlarını çəkmədiyi 8 həmyerlisi Ağcabədi RPŞ-yə müraciət edərək Səadət Məmmədovanın Türkiyə Respublikasından ucuz qiymətə qızıl alacağını vəd edərək onların ümumilikdə 41200 manat və 4500 dollarlıq vəsaitlərini dələduzluq yolu ilə ələ keçirdiyini bildiriblər. 

Qeyd olunan ərizələr əsasında  toplanmış material üzrə Ağcabədi RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.  Araşdırma zamanı ərizəçilər zərərçəkmiş şəxs qismində tanınaraq ifadələri alınıb, şahidlər dindirilib, üzləşdirmələr keçirilib, digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Aparılmış araşdırma zamanı S.Məmmədovanın azyaşlı qızı Xumar Kərimovanın Sahibə Səfərova tərəfindən qanunsuz azadlıqdan məhrum edilməsi və Ağcabədi rayon notariat kontorunun notariusu Abdı Şirinovun vəzifə saxtakarlığına yol verməsi faktları öz təsdiqini tapmayıb.

Sözügedən cinayət işi üzrə Səadət Məmmədova təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində "Başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilib. Hazırda cinayət işinin istintaq tamamlanaraq ittiham aktı ilə birlikdə baxılması üçün rayon məhkəməsinə göndərilib.

 

Xəbər lenti