Ehtiyatda olan polkovnik, Hərb Tarixi Muzeyinin rəhbəri Əzizağa Qənizadə toyu barədə danışıb.
60 yaşlı polkovnik beşinci dəfə evlənməsi barədə yayılan xəbərləri təkzib edib:
"Xeyr, mən üçüncü dəfədir evlənirəm. Mən özüm boşanmamışam. Boşanma avtomatik olub. Biz uzun illər bir yerdə yaşamamışıq. Bu da məndən asılı olmayan səbəblər idi, müharibənin fəsadlarıydı. Ona görə biz yadlaşmışdıq və ayrıldıq. Üç oğlum var. Oğlanlarım yetkinlik yaşına çatıblar, birinin yaşı 30-u keçib".
Polkovnik "Ölkə.Az" saytına açıqlamasında bildirib ki, bu, onun sonuncu evliliyi olacaq:
.jpeg)
"Bu artıq sonuncu evliliyimdir. İkinci dəfə evlənəndə də deyirdim ki, sonuncu dəfədir. Gülşən xanımı özüm seçmişəm, üç ildir bir yerdə çiyin-çiyinə işləyirik. Hər gün bir yerdəyik. İkinci dəfə boşanmağımın səbəbi o idi ki, bizi tanış eləmişdilər.
Onun ailəsi evliliyimizə razılıq verib. Toyumuzda da ailə üzvləri iştirak edirdilər. Mən toy eləməyə də bilərdim. Ancaq o qız uşağıdır, heç vaxt toyu olmayıb, gəlin paltarı geyinməyib. Ona görə də toy etməsəydim, onu mənə verməzdilər. Toyumuzda bütün adət-ənənələrə riayət olunub".
Qeyd edək ki, ehtiyatda olan polkovnik, Hərb Tarixi Muzeyinin rəhbəri Əzizağa Qənizadənin özündən 28 yaş kiçik olan Gülşən Heydərova ilə ailə qurması mətbuatda və sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub