Azərbaycanda bəzi valideynlər övladlarına təbiət hadisələri və təbiətə aid olan adlar qoyur. Son beş ildə doğulan körpələrdən 15-nə Tufan, 18-nə Leysan, 3-nə Qaryağdı, daha 3-nə Qaroğlan adı verilib.
Mynews.az xəbər verir ki, Ədliyyə Nazirliyindən Report-a verilən məlumata görə, körpələrə Orman (son beş ildə 7), Bulud (son beş ildə 31), İldırım (son beş ildə 32), Dağlar (son beş ildə 13) kimi adlar da qoyulub.
Təbiət hadisələri və təbiətə aid olan adlara üstünlük verən valideynlər daha çox Səma (son beş ildə 3868) və Yağmur (son beş ildə 3418) kimi adları övladlarına qoyublar.
Bundan başqa, son beş ildə körpələrə Buludxan, Buludxanım, Yağmurcan, Yağmur Nur, Yağmur Fatma, Yağmur Dərya, Şimşək, Şimşəkcan, hətta Leysanə, Tufanə kimi adlar da verilib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub