İtlərin toyunda çalıb-oxuyanlar cəzalandırılıb.
Goranboydakı biznesmenin itlərinin toyunda iştirak edən balaban ifaçısı Aşıqlar Birliyinin üzvü Haqverdi Əliyev birlikdən çıxarılıb. Aşıq Şəmməd Məmmədov birliyin üzvü olmadığından sadəcə qınanılıb.
Goranboyda iş adamı Qalib Mustafayevin itlərinə toy etməsi xəbərinə Aşıqlar Birliyi bəyənat yayaraq öz etirazını bildirirb. Birlik əlinə saz götürüb özünü aşıq adlandıran, əslində isə hərəkətləri ilə xalqımızın bu qədim və ölməz sənətini nüfüzdan salmağa xidmət edən Şəmməd Məmmədovun hərəkətlərini qətiyyətlə pisləyib və gələcəkdə belə nalayiq hərəkətlərə yol verməməyə çağırıb.
Birliyin üzvü olan Haqverdi Əliyev isə sənətə və sənətkara yaraşmayan hərəkətlərə yol verdiyinə görə Aşıqlar Birliyinin üzvlüyündən xaric edilib.
Balaban ifaçısı Haqverdi Əliyev toyda bəy və gəlinin itlər olacağından xəbərsiz olduqlarını deyir. Amma toyda itlərə bəy tərifi demələrini də gülərək boynuna alır.
Haqverdi Əliyev ona qarşı olan iddiaların əsassız olduğunu deyir. O, Aşıqlar Birliyinə qərarı dəyişmək üçün yenidən müraciət edəcək.
İtlərə bəy tərifi deyən aşıq Şəmməd isə toyun normal bir mərasim olacağını zənn etdiyi üçün getdiyini deyir.
Toydakı əziyyətlərinə görə pul belə almadıqlarını deyən aşıqlar bu videonun yayılmasını onlara qarşı edilən təxribat olduğunu deyirlər. /xezerxeber.az