Prokurorluq orqanlarında yeni təyinat olub.
Mynews.az APA-ya istinadən xəbər verir ki, Baş prokuror Zakir Qaralovun imzaladığı əmrlə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəisi Orxan İsayev tutduğu vəzifədən azad edilərək Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışmış İlqar Abbasov ötən gün Baş prokuror Zakir Qaralovunun müvafiq əmrlə Bakı şəhər prokuroru təyin olunub.
Səlahiyyət müddəti başa çatan Bakı şəhər prokuroru olmuş Əziz Seyidov aprelin 25-də Milli Məclisin qəbul etdiyi qərarla Ali Məhkəmənin hakimi seçilib.
1
“Qarabağ” Liverpula bu tarixdə gedəcək
1121 dəfə oxunub
2
Avtomobil vurduğu piyada öldü
1034 dəfə oxunub
3
İranda etirazlarda iştirak edən məşqçi EDAM EDİLDİ
1029 dəfə oxunub
4
Üç nəfərin boğularaq öldüyü istirahət mərkəzinin sahibinə HÖKM OXUNDU
972 dəfə oxunub
5
Xocalı faciəsi ilə bağlı məşhur fotodakı İlham Quliyev vəfat edib
960 dəfə oxunub