Bu gün “Bakı Metropoliteni” QSC-nin Tikinti Departamentinin işçiləri öz hesabına məzuniyyətə göndərilməsinə etiraz edərək metronun “Elmlər Akademiyası” stansiyasının qarşısında aksiya keçiriblər.
Mynews.az xəbər verir ki, bu barədə Bizim Yol-a aksiyaçılardan biri, Tikinti Departamentinin 1 nömrəli Tunel Tikinti İdarəsinin qazmaçı vəzifəsində çalışan Aqil Əzizov bildirib.
Onun sözlərinə görə, işçilərin əmək müqaviləsi var: “Biz bu qurumun qanuni işçiləriyik. Bizi məcburi öz hesabımıza məzuniyyətə göndərməyə çalışırlar. Buna etiraz edirik”.
Məsələ ilə bağlı olaraq “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev açıqlama verib. O, Tikinti Departamentinin işçilərinin ötən gün qəbul edilərək onlarla söhbət aparıldığını deyib: “Bu günə kimi “Bakı Metropoliteni”nin heç bir işçisi işdən azad edilməyib və məcburi öz hesabına məzuniyyətə göndərilməyib. İxtisarlar aparılmayıb. İşləyənlərə isə vaxtlı-vaxtında əməkhaqqı verilib”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub