“Oğlu tərəfindən yandırılan şəxs” barədə şok məlumat - Tanınmış şəxsin atasıdır

Bu gün 31 yaşlı oğlu İlyas Mehdiyev tərəfindən üstünə benzin tökülərək yandırıldığı bildirilən İmdad Mehdiyevlə bağlı redaksiyasımza ilginc məlumatlar daxil olub.
BakiPost.az-ın əldə etdiyi məlumata görə, 81 yaşlı İ. Mehdiyev Əfv etmə komissiyasının üzvü, "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin sədri Mehdi Mehdiyevin atasıdır.
Məsələ ilə bağlı M.Mehdiyev BakiPost.az-a açıqlama verib və həyatını itirən şəxsin atası olmasını təsdiqləyib. Bildirib ki, evdə baş verən yanğınla bağlı bir neçə ehtimallar var: "Mənə gecə zəng etdilər. Dedilər, evdə yanğın var. Mən çatana kimi ev demək olar ki, yanıb qurtarmışdı. 2 yanğınsöndürən maşın gəlmişdi. Həmin gün də qaz kəsilibmiş, odun sobası yandırıbmışlar. Ola bilsin ki, köz düşüb, yanğın çıxıb. Bundan başqa, rəhmətlikdə astma var idi. Şübhələrimdən biri də odur ki, yerini ehtiyatsız ediblər, tüstü boğazını tutub, boğulub. Ekspertizadan da gəlmişdilər. Evdə baş verən yanğının nədən baş verdiyini müəyyən edəcəklər. Hazırda yanğının səbəbi araşdırılır”.
M.Mehdiyev qardaşının atasının üstünə benzin tökərək yandırması barədə yayılan xəbərlərə də münasibət bildirib: "Gülünc məsələdir. Elə hadisə ola bilməz. Qohum-əqrəbayla da söhbət edirik, hamının gözü-kəlləsinə çıxır ki, bu necə olan söhbətdir, haradan çıxır bu xəbərlər. Hər halda prokurorluq da, polis də, FHN də gəlib evə baxıb. Meyitin özü də morqda müayinədən keçib. Nəsə olsaydı mütləq üzə çıxarardılar”.
Xatırladaq ki, Sabunçu rayonunda evdə yanğın hadisəsi baş verib. Yanğın nəticəsində 1936-cı il təvəllüdlü İmdad Mehdi oğlu Mehdiyevin yanmış cəsədi aşkar olunub. Report.az-ın yaydığı məlumatlarda bildirilir ki, İ.Mehdiyevi oğlu 31 yaşlı İlyas Mehdiyev üstünə benzin tökərək yandırıb.
Cəmiyyət
- Qənirə Paşayevanın nəşi yuyulmaq üçün Heydər məscidinə aparılıb - YENİLƏNİB - VİDEO
- Qənirə Paşayevanın səhhəti ilə bağlı AÇIQLAMA
- Kəmalə Paşayeva: “Deputat Qənirə Paşayevanın vəziyyəti stabil-ağır olaraq qalır”
- Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı QƏRAR VERİLDİ
- Ermənilər Xandəndini tərk edirlər - VİDEO
- Müdafiə Nazirliyi brifinq keçirib - VİDEO
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı QƏRAR VERİLDİ 1056 dəfə oxunub
- Kəmalə Paşayeva: “Deputat Qənirə Paşayevanın vəziyyəti stabil-ağır olaraq qalır” 1029 dəfə oxunub
- Qənirə Paşayevanın son durumu AÇIQLANDI 1021 dəfə oxunub
- “Nar”ın bölgələr üçün “Yerlim+” tarifi ikiqat sərfəli oldu! 1018 dəfə oxunub
- Bakıda marşrut avtobusu ağır qəza törətdi - Ölənlər var 1015 dəfə oxunub