Prezident Azərbaycana milyonlar qazandıracaq zavodda - FOTOLAR

625
Prezident Azərbaycana milyonlar qazandıracaq zavodda - FOTOLAR

Prezident İlham Əliyev bu gün Sumqayıtda SOCAR-ın karbamid zavodunda tikinti işlərinin gedişi ilə tanış olub.

Karbamid zavodunun təməli 2011-ci ildə prezident İlham Əliyev tərəfindən qoyulub. Layihə üzrə tikinti işlərinə 2014-cü ilin fevralından başlanıb. 

Zavodun tikintisinin 2017-ci ilin sonunda yekunlaşması və zavodun 2018-ci il əvvəlində istismara verilməsi planlaşdırılır. Ümumi ərazisi 39.27 ha olan Zavodun tikintisi Sumqayıt şəhərində həyata keçirilir. Zavodun tikintisi dövründə təxminən 2500-3500 nəfər işçi qüvvəsi cəlb edilmişdir. Zavodun istismarı dövründə isə təxminən 300-350 nəfərin daimi iş yerləri ilə təmin edilməsi gözlənilir. 

Zavod ammonyak, maye və dənəvər karbamid istehsalı sahələrindən ibarət olacaqdır. Azot gübrələrinin istehsalı üçün əsas xammal qismində təbii qaz çıxış edəcəkdir. İstehsal üçün illik qaz sərfiyyatının 435 milyon m3 (gündəlik 1.32 milyon m3) olması gözlənilir. Zavodda gündəlik 1200 metrik ton ammonyak və 2000 metrik ton karbamid istehsal ediləcəkdir. İstehsal edilən karbamid məhsulu (illik təxminən 650-660 min ton) daxili tələbatı ödəyəcək və izafi məhsul dəmir yolu vasitəsilə Türkiyəyə, habelə Qara Dəniz limanları vasitəsilə dünya bazarlarına ixrac olunacaqdır. 

 

 

 

Xəbər lenti