May ayı gələndə toy edənlərin sayı azalır. Səbəb odur ki, Azərbaycanda may ayında toy keçirmək dəb sayılmır.
Məsələyə psixoloq Elnur Rüstəmov münasibət bildirib. O, Mynews.az-a bildirib ki, məsələnin konkret izahı yoxdu, bu dədə-babadan gələn bir sözdür:
"May ayı həmişə əkin ayı olub. İnsanlar əkin-biçinlə məşğul olduqlarına görə, belə fikir yürüdüblər ki, may ayında toy etməzlər, boş aydır”.
Psixoloq Elnur Rüstəmov əlavə edib ki, bu düşüncə insanların şüuraltına təsir edib. Bəziləri evlənməyə qorxur ki, birdən evliliyi uğursuz olar:
"Bu, psixologiyada şüuraltı proqramlama adlanır. Çalışın ki, bu cür fikirlərdən uzaq olun. Əgər niyyətiniz yaxşıdırsa, sağlam bir təməl üzərində evliliyinizi qurursunuzsa, o zaman gözləməyin nə mənası var?
Bəzi həkimlər may ayında cinsi aktivliyin artdığını qeyd edir. Ginekoloqlar iddia edir ki, yeni ailə quran xanımlarda hamiləlik dövrü adətən bu aylardan etibarən başlayır.
Həkimlərin bu iddiaları nə dərəcədə doğrudur? May ayında evlənməyin tibbi zərərləri varmı?
Tibb elmləri doktoru, professor Adil Qeybulla Mynews.az-a açıqlamasında deyib: “Bu məsələnin heç bir tibbi tərəfi yoxdur. Bu sadəcə olaraq mifdir. İstənilən ayda ailə qurmaq olar. Bunun heç bir zərəri yoxdur”.
Dində də bunun hər hansı izahatı verilmir. Dini ekspertlər hesab edir ki, kütləviləşməkdə olan bu stereotip avamlıqdan, cahillikdən yaranır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub