"Bu bankın özbaşınalığı dayanmasa, ailəlikcə İNTİHAR EDƏCƏYİK" Sahibkar deputatlara ŞİKAYƏT ETDİ

628

İsmayıllı rayon sakini, kiçik sahibkar Namət Əsgərov “Unibank” ASC-nin fəaliyyətindən Milli Məclisin 122 deputatına şikayət ərizəsi ilə müraciət edib.

Mynews.az  
xəbər verir ki, şikayətçinin məqsədi Unibankın sahibkara qarşı qərəzli mövqeyini aidiyyəti qurumlara və səlahiyyətli şəxslərə duyurmaq olub. N.Əsgərovun sözlərinə görə, Unibankın vətəndaşlara qarşı hegamonluğu, biganə və aqressiv münasibəti geniş vüsət almaqdadır.

“Bu bankın özbaşınalığına qarşı dur deyən olmasa şəxsən bizim ailədə 7 nəfərin intiharı ilə nəticələnəcək böyük bir faciə baş verə bilər” – deyən sahibkar problemini bizə danışdı. Əksər sahibkarın problemi kimi N.Əsgərovun da problemi dollar krediti ilə bağlıdır.

Qısaca qeyd edək ki, Namət Əsgərov 3 ev girov qoyaraq Unibankdan təqribən 95 min dollar kredit götürüb və obyektini genişləndirib. O, ikinci devalvasiyaya qədər 61 min dollar ödəniş edib. Lakin ikinci devalvasiyadan sonra vəziyyətin əsaslı dəyişməsi səbəbilə N.Əsgərov ödənişləri bankın verdiyi qrafik üzrə ödəyə bilməyib və bank sahibkarı məhkəməyə verib.

Məhkəmə artıq bir ildən çoxdur ki, davam edir və yekunlaşmaq üzrədir. Namət Əsgərovun sözlərinə görə, bank konkret olaraq məhkəməni udmaqla 3 evdə məskunlaşan 20 nəfərə yaxın insanı evsiz-eşiksiz qoymaq niyyətindədir. Sahibkarın dediyinə görə bank onunla heç cür razılığa gəlmir. Namət Əsgərov deyir ki, bank mənə ağlabatan qrafik təqdim edərsə, yəni güzəştli şərtlərlə yeni ödəmə cədvəli verərsə mən bugün də ödəniş etməyə hazıram. 
Namət Əsgərov Milli Məclisin 122 deputatına etdiyi müraciətin səbəbini belə qeyd edir:

“Milli Məclis bankların devalvasiyadan sonra borclulara qarşı belə biganə yanaşmasına, onlara qarşı demək olar ki, heç bir güzəşt tətbiq etməmələrinə hələ də susur. Düzdür, bəzi deputatlar mətbuatda açıqlamalar verir, bəzi çıxışlar edir, lakin hələ də gözlənilən addım atılmayıb. Axı bu addımı tək mən yox, demək olar ki, Azərbaycanda yaşayan kredit borcu olan əhalinin böyük əksəriyyəti səbrsizliklə gözləyir. Odur ki, buradan da dəyərli millət vəkillərimizə səslənirəm. Xahiş edirəm ki, mənim və ailəmin, eyni zamanda bizim vəziyyətimizdə olan insanların banklarla bağlı probleminin həllinə yaxından köməklik göstərəsiniz. Biz sizlərdən konkret və kəsərli addımlar gözləyirik.”

Ümid edirik ki, Namət Əsgərov və onun kimi minlərlə sahibkarın banklarla olan problemi çox yaxın günlərdə öz müsbət həllini tapacaq.
"Bu bankın özbaşınalığı dayanmasa, ailəlikcə İNTİHAR EDƏCƏYİK" - Sahibkar deputatlara ŞİKAYƏT ETDİ

Xəbər lenti