Jalüz vurmağa icazə verilir
Sabahdan etibarən avtomobillərin arxa qapılarındakı şüşələrə jalüz və pərdə vurmaq olar. Bu qərar noyabrın 15-dək qüvvədə qalacaq.
Ancaq şüşələrə yalnız sənaye üsulu ilə hazırlanan jalüz və pərdələr vurula bilər.
Mynews.az Xezerxeber-ə istinadən məlumat verir ki, artıq bazarda jalüz və pərdələrə təlabat artıb. Qiymətlər isə məhsulun keyfiyyətindən asılı olaraq müxtəlifdir.
Satıcıların sözlərinə görə, ötən illə müqayisədə pərdə və jalüzlərin qiymətində artım müşahidə olunur.
Avtomobillərə plyonkaların vurulması isə qadağandır. Nəqliyyat vasitələrinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə isə sürücülər 150 manat miqdarında cərimə olunacaqlar. AZS Standartına əsasən avtomobilin ön şüşəsinin şəffaflığı minimum 75 faiz, qabaq yan şüşələr 70 faiz, arxa yan şüşələr isə 60 faiz olmalıdır. Bu qaydalara riayət etməyənlərin avtomobili cərimə meydançasına aparılacaq. Yalnız şüşələr standartlara qaytarıldıqdan sonra onun istifadəsinə icazə veriləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub